Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber Fransa Milli Assambleyasını bədnam qətnaməni qəbul etməməyə çağırıb

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber Fransa Milli Assambleyasını bədnam qətnaməni qəbul etməməyə çağırıb
25.11.2022
A+
A-

 

 

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber Fransa Milli Assambleyasını bədnam qətnaməni qəbul etməməyə çağırıb
25 noyabr, 2022

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber Fransa Milli Assambleyasını bədnam qətnaməni qəbul etməməyə çağırıb
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber Fransa Milli Assambleyasının 577 üzvünə müraciət edib.

Müraciətdə 28 noyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamənin müzakirəyə çıxarılmasına etiraz edilib.

J.Lamber öz mövqeyini məlum qətnaməni hazırlayanların Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətdən tamamilə xəbərsiz olmaları və beynəlxalq hüquq normaları ilə əsaslandırıb.

Nəzərə çatdırıb ki, məhz Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanın böyük bir hissəsini (ərazisinin 20%-ə yaxını) zor gücü ilə işğal edib. Beynəlxalq hüquqa zidd olan bu qəsbkarlıq BMT-də dəfələrlə müzakirə edilib və pislənilib. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa da erməni işğalını pisləyən bütün qətnamələrə səs verib.

Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə etməklə iki il əvvəl Ermənistanın işğalına son qoyduğuna və bundan sonra bölgədə vəziyyətin əsasən sabitləşdiyinə diqqət cəlb edilib.

Beynəlxalq qurumların öz ərazilərini azad edən Azərbaycanın ünvanına heç bir qınaq səsləndirmədiyini vurğulayan J.Lamber xatırladıb ki, Prezident Emmanuel Makron özü son aylarda Fransanın Azərbaycanın 1991-ci ildəki dövlət sərhədlərini – Ermənistan silahlı qüvvələrinin işğalından əvvəlki beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini qəbul etdiyini bir neçə dəfə etiraf edib. “Bundan daha aydın mövqe ola bilməz”, – deyə o əlavə edib.

J.Lamber qeyd edib ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından bəri Azərbaycan qonşusu ilə dayanıqlı sülhü bərqərar etmək istəyir, lakin məhz Ermənistan iki xalq arasında münasibətləri sabitləşdirməyə gətirib çıxaracaq dinc danışıqların qarşısını alır.

ADA prezidenti bildirib ki, mövcud vəziyyəti qiymətləndirə bilməyən Ermənistandakı qatı millətçi çevrələr vaxtaşırı təxribatlar törədir, Ermənistan, Azərbaycan və Rusiya arasında əldə olunmuş üçtərəfli razılaşmaları şübhə altına almağa çalışır. Halbuki üçtərəfli bəyannamələrə zidd olaraq Azərbaycan ərazilərində minaların yerləşdirilməsinə cəhdlərin davam etdirilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesindən imtina olunması qəbuledilməzdir.

Ermənistandakı ifrat millətçilərin bənzərlərinin erməni diasporunda mövcud olduğunu vurğulayan ADA prezidenti həmin qüvvələrin bir neçə senatoru beynəlxalq hüquq, dayanıqlı sülhün axtarışı, eləcə də Fransanın bütün xalqlarla yaxşı münasibətlər saxlaması baxımından tamamilə yersiz bu təşəbbüslə çıxış etməyə inandırmaq üçün yol tapdıqlarını məyusluqla diqqətə çatdırıb.

“Təəssüf ki, milli ərazimizdə mövcud olan erməni əsilli nüfuzlu fransız icmasının bəzi nümayəndələri arasında “qisas” arzusu həqiqətən də mövcuddur. Məhz erməni diasporundakı ekstremistlərin yaratdığı manevrlərə görə Ermənistan, Fransa və Avropa İttifaqı özlərini iştirakçı kimi qələmə vermək hüququnu itiriblər”, – deyə J.Lamber acı faktı konstatasiya edib.

Bütün əngəllərə baxmayaraq, Azərbaycanla Ermənistan arasında dinc danışıqların irəlilədiyinə diqqəti cəlb edən ADA prezidenti xatırladıb ki, bu yaxınlarda Praqa və Soçidə iki dövlətin liderləri bir-birinin ölkəsinin süverenliyini və ərazi bütövlüyünü tanıyan bəyannamələrlə çıxış ediblər.

“Bu o deməkdir ki, sizə təqdim olunan “qətnamə” mövcud vəziyyəti əks etdirməkdən uzaqdır. Qətnamənin qəbulu, hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə, ölkəmizi bu ərazilərin, onların tarixinin və ən yaxşı münasibətləri nizama salmağa çağırdığımız bu xalqların mürəkkəb reallıqlarından bir az da təcrid edə bilər. Halbuki biz Avropanın sərhədlərində və bir çox sivilizasiyaların kəsişməsində yerləşən bu regionda mövcud olmağa və müəyyən təsirə imkan verən ən yaxşı münasibətləri dəstəkləməliyik”, – deyə J.Lamber nəzərə çatdırıb.

Sonda J.Lamber parlament üzvlərini reallığı və mövcud vəziyyəti əks etdirməyən retrograd qətnamənin əleyhinə səs verməyə çağırıb. “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır”.

Xatırladaq ki, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-assosiasiyasinin-prezidenti-jerom-lamber-fransa-milli-assambleyasini-bednam-qetnameni-qebul-etmemeye-cagirib-1996

 

 

 

Profesyonel Emlak