
Belarusda nar bayramı keçirilib
2024
Belarusda nar bayramı keçirilib
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Diasporla İş üzrə Dövlət Komitəsinin texniki-təşkilati dəstək göstərdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə nar bayramı qeyd olunub.
https://x.com/DiasporaAz/status/1854408371346055502
Bayramda Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak, Belarus Azərbaycan İcmaları Konqresinin üzvləri, Azərbaycanın Belarusdakı Səfirliyinin, BMT-nin Belarusdakı Nümayəndəliyinin, Türkmənistanın Bahar Mədəniyyət və Təhsil Fondunun təmsilçiləri, UNİCEF-in Belarusdakı nümayəndələri və universitet tələbələri iştirak edib.
https://x.com/DiasporaAz/status/1854408371346055502
Tədbirin təşkilində məqsəd Azərbaycanla Belarus xalqları arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin universitetin qarşıdan gələn 110 illiyini qeyd etməkdir.
Azərbaycan icmasının nümayəndələri mədəniyyətimiz haqqında qonaqlara ətraflı məlumat verib.
“Bizim dostluğumuz ölkədə sabitləşdirici amildir,” – deyə Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak qeyd edib.
Universitetin rektoru Aleksandr Juk təhsil müəssisəsinin elm, təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini, burada Azərbaycan dili mərkəzinin açıldığını, 2014-cü ildə isə Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin yaradıldığını diqqətə çatdırıb.
Bayram tədbirində universitetin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib, milli rəqslər nümayiş olunub, həm Azərbaycan, həm də Belarus dillərində şeir və mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun nar təsvirli rəsmlərindən ibarət sərgi təşkil olunub.
https://x.com/DiasporaAz/status/1854408371346055502
Nar bayramı yerli mətbuatda işıqlandırılıb:
https://minsknews.by/prazdnik-granata-otmetili-v-bgpu-rasskazyvaem-kak-eto-bylo/
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/belarusda-nar-bayrami-kecirilib-5236
https://x.com/DiasporaAz/status/1854408371346055502

ULUSLARARASI TARIM VE GIDA KONFEDERASYONU (TARIMKON) Kamuoyuna Önemli Duyuru

AVUSTURYA İHA DERNEK BAŞKANI HASAN YETİŞ KURBAN BAĞIŞLARINI YERİNDE TESLİM EDİYORUZ

BİŞIMARIK TEKSTİL YÖNETİM KURULU BAŞKANI HAMİT UÇAR`DAN KURBAN BAYRAMI MESAJI

По партпроекту «Единой России» «Крепкая семья» школьникам Самары рассказали о правилах безопасности на каникулах

Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan Kurban Bayramı Mesajı

TURAN TEŞKİLATI GENEL BAŞKANI NESLİHAN YÜRÜKSOY’ DAN KURBAN BAYRAMI MESAJI