Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Hayfa şəhərində Fikrət Əmirovun ölməz əsərləri səsləndirilib

Hayfa şəhərində Fikrət Əmirovun ölməz əsərləri səsləndirilib
28.12.2022
A+
A-

 

 

 

 

Hayfa şəhərində Fikrət Əmirovun ölməz əsərləri səsləndirilib

2022

Hayfa şəhərində Fikrət Əmirovun ölməz əsərləri səsləndirilib

İsrailin Hayfa şəhərində yerləşən “Krieger” Sənət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan konsertdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konsert öncəsi çıxış edən Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözlov bildirib ki, il ərzində ABŞ-dan Pekinə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsertlər keçirilib. “Lakin çox şadam ki, bu əlamətdar ilin yekun konserti İsraildə keçirilir”, – deyə maestro vurğulayıb.

Sonra Hayfa Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ofşarı” simfonik muğamı və “Nəsimi nağılı” simfonik poeması təqdim edilib.

Azəbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun ecazkar musiqisini heyranlıqla dinləyən tamaşaçılar hər bir parçadan sonra ifaçıların ünvanına gurultulu alqışlar ünvanlayıblar.

Konsertdən sonra yerli ictimaiyyətin nümayəndələri ifaçılara və tədbirin təşkilatçılarına səmimi təşəkkürlərini bildiriblər. Yerli sakinlərin əksəriyyətinin fikrincə, bu, onları ilk dəfə sevdikləri, lakin artıq həmişə dinləməyə hazır olduqları heyrətamiz Azərbaycan musiqisi ilə tanış edən bir axşam olub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/hayfa-seherinde-fikret-emirovun-olmez-eserleri-seslendirilib-2124

 

 

Profesyonel Emlak