HİHİ Özbəkistan Respublikasının iki qurumu ilə memorandum imzalayıb
1453Kral Medya – 5 Austos
Hüquq və İnsan Haqları İnstitutu

İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun rəhbəri Murodjon Turqunovu və Milli İnsan Hüquqları Mərkəzinin direktor müavini Mirzatillo Tillabayevi qəbul edib.

Görüşdə qonaqları İnstitutun fəaliyyəti ilə tanış edən M.Quluzadə yeni yaradılmış “Hüquq və insan haqları virtual kitabxanası”, “Hüquqşünas alimlərə dair vahid məlumat bazası”, “Rəqəmsal insan hüquqları resurs xəritəsi”, “Praktikaya aid siqnallar sorğusu (PASS) platforması” barədə təfərrüatlı məlumat verib. İdarə Heyətinin sədri eyni zamanda İnstitutun həm dövlət qurumlarının əməkdaşları həm də geniş əhali üçün insan hüquqları sahəsində keçirdiyi maarifləndirici tədbirlər və silsilə təlimlərin əhəmiyyəti barədə söhbət açıb.

Görüşün sonunda Hüquq və İnsan Haqları İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Milli İnsan Hüquqları Mərkəzi arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.
Ülker Piriyeva – Azerbaycan

BİRECİK ESNAF VE SANATKARLAR ODASI BAŞKANI HALİSE HOCAOĞLU`DAN RAMAZAN BAYRAMI MESAJI
BAĞIMSIZ DENETÇİ MALİ MÜŞAVİR HALİL YAVUZ `DAN RAMAZAN BAYRAMI MESAJI
OSMANLI ÜLKÜ OCAKLARI FEDERASYONU GENEL BAŞKANI TURGUT BAŞDAŞ `TAN RAMAZAN BAYRAMI MESAJI
İŞ İNSANI MEHMET SELİM AĞYÜREK`TEN RAMAZAN BAYRAMI MESAJI
AVUKAT MEHMET YILMAZ `DAN RAMAZAN BAYRAMI MESAJI
AVUKAT SİNAN KORKMAZ `DAN RAMAZAN BAYRAMI MESAJI