Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İcma üzvlərimiz BƏƏ şahzadəsi ilə görüşüb

İcma üzvlərimiz BƏƏ şahzadəsi ilə görüşüb
20.04.2023
A+
A-

 

 

 

 

İcma üzvlərimiz BƏƏ şahzadəsi ilə görüşüb
, 2023
İcma üzvlərimiz BƏƏ şahzadəsi ilə görüşüb
Birləşmiş Ərəb Əmirliklərinin kral ailəsinin üzvü, Şarja əmirliyinin Şahzadəsi Hend bint Faisal əl-Qasimi bu ölkədə yaşayan Azərbaycan icmasının bir qrup xanım üzvünü öz iqamətgahında qəbul edib.

Görüşdə Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirliklərindəki koordinatoru Nuranə Hüseynova və Yaxın Şərqdə protokol məsələləri üzrə britaniyalı məsləhətçi, mədəniyyətlərarası əlaqələr üzrə ekspert Maria Hall da iştirak ediblər.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında mövcud olan əməkdaşlıq və dostluq münasibətləri, bu ölkədəki Azərbaycan icmasının fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda son günlərdə Ermənistanda etnik nifrət zəminində ölkəmizə qarşı törədilmiş iki vandalizm aktına diqqət cəlb edilib. Azərbaycan ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsinin səbəbinə aydınlıq gətirən soydaşlarımız azərbaycanlı hərbçilərə işgəncə verildiyini, onlarla qeyri-insani rəftar edildiyini vurğulayıblar. Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını əks etdirən videonu nümayiş etdirən xanımlarımız bu cinayətkar insidenti erməni vandalizminin növbəti təzahürü adlandırıblar.

 

 

 

Şahzadə Hend bint Faisal əl-Qasimi ölkəmizə bir neçə dəfə səfər etdiyini və Azərbaycanı çox sevdiyini bildirib. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti ilə maraqlandığını, milli mətbəximizi çox bəyəndiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan icması ilə qarşılıqlı əlaqələr bundan sonra da davam etdiriləcək.

Görüşün sonunda şahzadəyə icma adından təşəkkürnamə, Azərbaycanın zəngin mədəni irsini təbliğ edən kitablar və xatirə hədiyyələri təqdim olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/icma-uzvlerimiz-sahzade-hend-bint-faisal-el-qasimi-ile-gorusub-2799

 

 

 

Profesyonel Emlak