
Soydaşımız BMT-də ECOSOC-un Gənclər Forumunda iştirak edib
24 aprel, 2025
Soydaşımız BMT-də ECOSOC-un Gənclər Forumunda iştirak edib
ICESCO-nun Gənc Sülh səfiri, Misirdəki Azərbaycan diasporunun fəalı Sandi Salem Nyu Yorkda yerləşən BMT-nin binasında İqtisadi və Sosial Şuranın (ECOSOC) Gənclər Forumunda iştirak edib.
https://x.com/DiasporaAz/status/1915357614554165522
Forumun keçirilməsində məqsəd gəncləri dünyanın sosial, iqtisadi və ekoloji inkişafı ilə əlaqədar qərarların qəbuluna cəlb etməkdir.
https://x.com/DiasporaAz/status/1915357614554165522
Tədbirdəki çıxışında soydaşımız ixtira etdiyi SIMON (Smart Instrument for Mute and Oto-Laringeal Non Speakers) cihazı haqqında məlumat verib. Cihazın süni intellektlə təchiz olunduğunu, nitq və eşitmə əngəlli insanlar üçün nəzərdə tutulduğunu bildirib. Sandi Salem gənclərin yüksək səviyyəli qərarların qəbul olunması proseslərində iştirakının vacibliyini diqqətə çatdırıb.
https://x.com/DiasporaAz/status/1915357614554165522
Gənc sülh səfiri forum çərçivəsində keçirilən “Gənclər ön cəbhədə: Elmin və sosial inklüzivliyin səfərbər olunması” adlı tədbirdə və Qətərin BMT-də Gənc Nümayəndələr Proqramının təqdimatında iştirak edib, həmçinin BMT-nin televiziyasının ərəb dilində xidmətinə (UN TV Arabic) müsahibə verib.
https://x.com/DiasporaAz/status/1915357614554165522
Qeyd edək ki, Sandi Salem Misirin Qahirə şəhərində Ayn Şəms Dövlət Tibb Universitetinin 3-cü kurs tələbəsidir. 2024-cü ildə Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olub, ərəb dilində bir sıra kitabların müəllifidir. O, Misirlə yanaşı, ABŞ, Böyük Britaniya, İndoneziya, Çin, Malayziya, Cənubi Koreya, BƏƏ və digər ölkələrdə keçirilmiş beynəlxalq tədbirlərdə yüksək mükafatlara və təltiflərə layiq görülüb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1915357614554165522
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/soydasimiz-bmt-de-ecosoc-un-gencler-forumunda-istirak-edib-5747
https://x.com/DiasporaAz/status/1915357614554165522

Eid al-Adha Message from Asfa Holding Chairman Asaf Atasoy

KW ORSA PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE ÇANAKKALE BİGA VE GAZİANTEP`DEN MEHMET TAŞ `DAN KURBAN BAYRAMI MESAJI

KIZIL GROUP YÖNETİM KURULU BAŞKANI MEHMET KIZIL’DAN KURBAN BAYRAMI MESAJI

ALİ SÖKMEN ‘DEN KURBAN BAYRAMI MESAJI

Magadan’da Birleşik Rusya’nın desteğiyle “Zaferi Birlikte Örmek” fotoğraf albümünün tanıtımı yapıldı

Активисты «Единой России» востока Москвы поддерживают раненых участников СВО в военном госпитале имени П.В. Мандрыка