
Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub
2024
https://x.com/DiasporaAz/status/1804752724367429700
Tanınmış azərbaycanlı alim Dövlət Komitəsində olub
https://x.com/DiasporaAz/status/1804752724367429700
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada yaşayan tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevlə görüşüb.
Komitə sədri professor Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, daim vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb və Azərbaycan diasporunun inkişafındakı xidmətlərindən, riyaziyyat elmində əldə etdiyi uğurlardan söz açıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Məsud Əfəndiyevin təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalını alimə təqdim edib.
https://x.com/DiasporaAz/status/1804752724367429700
Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Məsud Əfəndiyev bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının arıtırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Məsud Əfəndiyev 1996-cı ildə “Alexander von Humboldt Fondu”nun gənc alimlər üçün olan mükafatına və 2015-ci ildə “Fellowship for Experienced Researchers” mükafatına layiq görülmüs ilk və yeganə azərbaycanlı alimdir.
Torontoda yerləsən Fields İnstitutunun və Toronto Universitetinin birgə təsis etdiyi (2018) “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunda 6 ay ərzində “Mathematical Biology Thematik” proqramına rəhbərlik edib. 2023-cü ildə Fields İnsititutunun “Lifetime Achievements Award” ömürlük mükafatına layiq görülüb.
FOTO QALEREYA
https://x.com/DiasporaAz/status/1804752724367429700
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/taninmis-azerbaycanli-alim-dovlet-komitesinde-olub-4878

В штабе общественной поддержки «Единой России» в Барнауле состоялся урок мужества для воспитанников детских домов

Barnaul’daki Birleşik Rusya Kamu Destek Merkezi’nde yetimhanedeki çocuklara cesaret dersi verildi

«Единая Россия» проверила школы и сады: всё готово к 1 сентября

AĞRI İLİ DAMIZLIK KOYUN KEÇİ YETİŞTİRİCİLERİ BİRLİĞİ BAŞKANI MEHMET NURİ SAMANCI`DAN TAŞLIÇAY BELEDİYE BAŞKANI MEHMET ALİ BUDAK’A ZİYARET

Birleşik Rusya okulları ve anaokullarını denetledi: 1 Eylül’e her şey hazır

«Единая Россия» привела в порядок воинские захоронения в регионах